Bakıda qəzaya düşən polislərdən biri ölüb

Bakıda qəzaya düşən polislərdən biri ölüb
Bütün Xəbərlər
14:34 01.12.2011
1535
Bu gün Bakıda baş vermiş yol qəzasında Polis Akademiyasının müdavimi dünyasını dəyişib. Nizami rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, hadisə bu gün saat 08.00 radələrində baş verib. Göyçay rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Abdullayev Aqşin Rauf oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Heydər Əliyev prospekti ilə “Əzizbəyov” metro stansiyası istiqamətində hərəkət edən “DAEVOO” markalı sərnişin avtobusu ilə toqquşub. Nəticədə sərnişin, Polis Akademiyasının müdavimi Hacıyev Anar Malik oğlu dünyasını dəyişib.“VAZ 2106”-da olan daha 2 polis nəfəri isə yüngül xəsarət alıb.Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.Qeyd edək ki, Lent.az-a daxil olan əvvəlki məlumatda hadisə zamanı yaralanan şəxslərin yol patrul xidmətinin əməkdaşları olduğu bildirilmişdi. Dəqiqləşdirmədən sonra yaralanan və ölən şəxslərin yol polisinin əməkdaşları olmadığı üzə çıxıb.
OXŞAR XƏBƏRLƏR