Bu gün səhər Bakıda intihar hadisəsi baş verib.
AZXEBER,COM xəbər verir ki, hadisə şahidlərinin ANS PRESS-in qaynar xəttinə verdikləri məlumata görə, 15-20 dəqiqə əvvəl Həzi Aslanov metrosu yaxınlığında Məhəmməd Hadi küçəsi 73 ünvanında gənc qız binaya çıxaraq 16-cı mərtəbədən özünü ataraq intihar edib.
Özünü öldürənin təxminən 20 yaşlarında olduğu bildirilir.
Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsindən verilən məlumata görə, hal-hazırda polis əməkdaşları hadisə yerindədirlər, hadisə araşdırılır.
Qadının nə səbəbdən intihar etdiyi bilinmir.