Bakıda sancısı tutan hamilə qadının başına gələnlər
Bütün Xəbərlər
11:39 07.05.2013
10415
Bakı şəhərində hamilə qadın arzuolunmaz halla üzləşib. İlkin adlı oxucunun milli.az-a verdiyi məlumata görə, onun 7 aylıq hamilə olan həyat yoldaşı ötən gün təcili yardım maşınında Bakının bütün xəstəxanalırını gəzib. Xəstəxanalar qadını qəbul etməkdən imtina ediblər.Oxucunun sözlərinə görə, dünən səhər saat 7-8 radələrində yoldaşının sancıları tutub: “Təcili yardım maşını ilə xanım 7 saylı Doğum evinə aparılıb. Xəstəxanda xəstəni qəbul etməyərək dedilər ki, biz ancaq 32 həftədən yuxarı həmilələri qəbul edirik. Onlar 28 həftəlik hamilələri qəbul etmək ixtiyarlarının olmadığını bildirdilər. Oradan 6 nömrəli Ginekoloji instituta aparmağı məsləhət gördülər. Həmin intsituta getsək də, orada da qəbul etmək istəmirdilər. Xəstəxananın təmirdə olmasını əsas gətirərək bizi geri qaytarmaq istədilər. Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edəcəyimi biləndən sonra yoldaşımı qəbul etdilər. Hamilə qadın 3 saat təcili yardım maşınında Bakının xəstəxanalarını gəzdi. Doğurdanmı belə olmalıdır?”Məsələ ilə bağlı 7 saylı Doğum Evindən bildirilib ki, 7 aylıq hamilələrin qəbul edilməməsi yarımçıq dünyaya gətirilən uşağı saxlamaq imkanın olmaması ilə bağlıdır: “Belə hamilələr ancaq Bakı Perinatal Mərkəzə göndərilir. Əgər həmin qadın xəstəxanaya qəbul olunsa və doğuş baş verərsə, uşaq yarımçıq olur və həmin körpəni saxlamaq şəraiti yoxdur. Bunun üçün Ginekoloji İnstitut və Perinatal Mərkəzə göndərilir”.Respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, bu məsələ səhiyyə nazirinin 24 saylı əmri ilə nizamlanır. Onun sözlərinə görə, bu əmrlə hamilələr profil və ərazi üzrə tənzimlənir. Hamilə qadın hamiləlik başa çatanda və ya doğuş prosesində hara getməli olduğunu bilir.