Bakının Xətai rayonu ərazisində qətl törədilib.
Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, İnqilab İsmayılov küçəsi 11 ünvanında fəaliyyət göstərən tikinti materialları mağazasına gələn iki müştəri mağazanın satıcısı ilə mübahisə edib. Mübahisə sonda davaya çevrilib. Mağazanın satıcısı, 17 yaşlı Elməddin Dünyamalıyev müştəri, 27 yaşlı Elməddin Məmmədovu bıçaqlayaraq qətlə yetirib. Hadisə yerinə rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşları gəlib. Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.