Sabah fasilələrlə qar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında fevralın 10-dan 11-nə keçən gecə və səhər güclü küləkli, şaxtalı və covğunlu hava şəraitinin davam edəcəyi, fasilələrlə az qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə və səhər 3-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Rayonlarda fasilələrlə qar yağacağı, gecə və səhər bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Hava şəraitinin qısa icmalı:fevralın 11-də gecə və səhər şaxtalı, güclü küləkli, covğunlu hava şəraiti davam edəcək, fasilələrlə az qar yağacağı gözlənilir.