Bakıda 'Sərhədsiz gənclər əməkdaşlığı' adlı beynəlxalq forumun açılış mərasimi keçirilib

Bakıda
GƏNCLİK
14:51 29.10.2012
1862

Bakıda “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forumun açılış mərasimi keçirilib.

Azərbaycan Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadənin AZXEBER.COM-a verdiyi məlumata görə, mərasimdə gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Avropa İttifaqı "Gənclər Fəaliyyətdə" proqramının Polşa Milli Agentliyinin Direktoru Tomasz Bratek, SALTO Şərqi Avropa və Qafqaz üzrə Resurs Mərkəzinin Koordinatoru Andriy Pavlovych və Avropa İttifaqının Siyasi, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin müdiri Toralf Pilz çıxış edərək, forum iştirakçılarına uğurlar arzu ediblər. Daha sonra Gənclər Fondunun əməkdaşı Nərminə Əliyeva forum iştirakçılarına Fondun təqdimatını keçirib, fəaliyyət istiqamətləri və müraciət qaydaları haqqında ətraflı məlumat verib. Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Almaniya, Kipr, Macarıstan, Polşa, İtaliya, İspaniya, Sloveniya, Türkiyə, İngiltərə, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Misir, Morokko, İordaniya, Tunis, Albaniya, Makedoniya, Serbiya, Estoniya, Norveç, Lüksemburq, İsveç, Fransa kimi ölkələrin gənclər təşkilatlarının, milli agentliklərinin nümayəndələrinin iştirak etdiyi forum 3 paneldə davam edəcək. Panellərin mövzuları “Gənclər Fəaliyyətdə” Proqramı və tərəfdaş ölkələr arasında əməkdaşlıq, “Gənclər Fəaliyyətdə” proqramının mənim regionuma təsiri və reallıqlar, gələcək perspektivlərdir. Bununla yanaşı, forumun rəsmi açılışından sonra iştirakçılar təqdimatlar keçirəcək, diskussiyaların nəticələrini müzakirə edəcəklər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
12:38 09.08.2025
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
12:30 09.08.2025
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
12:24 09.08.2025
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
12:19 09.08.2025
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
11:58 09.08.2025
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
11:55 09.08.2025
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
11:51 09.08.2025
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur