Bakıda sərnişin avtobusunda atışma: ölən var

Bakıda sərnişin avtobusunda atışma:  ölən var
Bütün Xəbərlər
13:46 17.07.2013
4661

Bakıda silahlı insident olub.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 13.00 radələrində Rusiya səfirliyinin yaxınlığında qeydə alınıb. 6 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusunda baş verən silahlı insident zamanı bir nəfər güllələnib. Yaralı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə aparılsa da, onu xilas etmək mümkün olmayıb. 

Polisdən bildirilib ki, ölən şəxsin adı Vəfadardır. Hadisəni törədən isə Anar Xəlilov adında biridir. O, artıq saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

OXŞAR XƏBƏRLƏR