Bakıda sevdiyinə görə vuruldu - TƏFƏRRÜATLAR

Bakıda sevdiyinə görə vuruldu -  TƏFƏRRÜATLAR
Bütün Xəbərlər
11:47 14.09.2015
1549
Azərbaycanda ailə münasibətləri bir anda intiqam və ya qisasa hissinə çevrilə bilir.
Bunun üçün kişi ilə qadının ər-arvad olması və ya boşanmasının az fərqi var. Ər istənilən vaxt öz arvadının və ya keçmiş həyat yoldaşının işinə müdaxilə edə, qisas ala bilər.
Bir neçə gün əvvəl Bakının Binə qəsəbəsində qan tökülüb. Milli.Az xəbər verir ki, keçmiş həyat yoldaşını qısqanan 34 yaşlı Maarif Babayev Bünyadzadə küçəsində cinayət törədib. O, keçmiş xanımını yox, onun 35 yaşlı sevgilisi Rauf Rzayevi bıçaqlayıb.
Əldə etdiyimiz məlumata görə, R.Rzayevin xeyli müddətdir Maarifin keçmiş arvadı ilə münasibətləri olub. Bundan xəbər tutan Maarif onu cəzalandırmaq fikrinə düşüb.
Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları M.Babayevi tutublar. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR