Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən İlham Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.AZXEBER.COM-un lent.az-a istinadən verdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İlham Şirinov 9 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, İlham Şirinov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. Onun sevgilisinə qarışı dələduzluq etdiyi bildirilir. Belə ki, ilkin istintaq zamanı İ.Şirinovun əvvəllər münasibətdə olduğu qadını aldatdığı məlum olub.