Bu ilin yanvar ayında BakınınBinəqədi rayonunda yerləşən marketlərdən birinəbasqın edən şəxlər saxlanılıb.
Əməliyyat zamanı mağazaya basqın etməkdə şübhəli bilinən 18 yaşlı Zahid Mehman oğluİsmayılovvə onun həmyaşıdı Elnur Ömər oğluƏsədlitutulub. Onlar hadisə günü mağazada satıcınınyatmasından istifadə edərək ora daxil olublar. Bıçaqla satıcıya xəsarətlər yetirən E.Əsədli və Z.İsmayılov kassadan 120 manat pul götürərək hadisə yerindən qaçıblar. Onlar təxminən 3 aya yaxın istintaqdan yayınıblar. E.Əsədli və Z.İsmayılov bu müddət ərzində Qazax rayonunda gizləniblər. Hadisə ilə bağlı saxlanılan şəxslərbarəsində Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki,E.Əsədli və Z.İsmayılov sinif yoldaşı olublar və onlar hadisədən əvvəl birlikdə restoranlarda ofisiant işləyiblər.//report.az