Bakıda sürücü maşınla vurduğu piyadanı döydü

Bakıda sürücü maşınla vurduğu piyadanı döydü
Bütün Xəbərlər
13:43 21.09.2012
2086
Sentyabrın 20-dən 21-nə keçən gecə Bakı şəhərinin Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 
Yasamal rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, gecə saatlarında Mirzağa Əliyev küçəsində naməlum avtomobil 1984-cü il təvəllüdlü Allahverdiyev Samir Rafiq oğlunu vurub. 
Nəticədə piyada yüngül xəsarət alıb.
Qəzadan dərhal sonra avtomobilin sürücüsü maşından düşüb və piyadanın yanına gəlib. Burada onlar arasında dava düşüb və şəxsiyyəti hələlik bəlli olmayan sürücü maşınla vurduğu piyadanı döyüb. 28 yaşlı oğlan bu dəfə daha ağır xəsarətlər alıb və xəstəxanaya aparılıb.
Məsələ ilə bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR