Bakıda sürücü polisi kəllə ilə aşırdı

Bakıda sürücü polisi kəllə ilə aşırdı
Bütün Xəbərlər
11:33 13.05.2013
1565
Bakının Yasamal rayonunda sürücü yol polisini kəllə ilə xəstəxanalıq edib.Rayon Polis İdarəsindən verilən məlumata görə, mayın 12-də yol polisi 24 yaşlı Yusif İbrahimov “VAZ-21114” markalı avtomobili cərimə meydançasına aparıb. Cərimə meydançasına gələn sürücü orada yol polisi əməkdaşları ilə mübahisə edib və kəllə ilə polis çavuşu Mitbar Əliyevi vurub.Zərbənin təsirindən özündən gedən polis xəstəxanaya yerləşdirlib.Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR