Bakıda sürücülərə yeni qadağa

Bakıda sürücülərə yeni qadağa
Bütün Xəbərlər
14:45 29.01.2014
1120
Bakıda günün işıqlı vaxtlarında qoşqulu və yarımqoşulu, iriqabaritli və ya ağır çəkili avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib. Bölmə rəisi bildirib ki, Bakı şəhəri ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, rahat, fasiləsiz hərəkətin təşkili məqsədilə paytaxtın inzibati ərazisindəki yollar müayinə edilərək müşahidələr və təhlillər aparılıb. Məlum olub ki, günün işıqlı vaxtlarında qoşqulu və yarımqoşulu, iriqabaritli avtomobillərin hərəkət etməsi yollarda sıxlığın yaranmasına, bəzən də uzunmüddətli tıxacların baş verməsinə səbəb olur:

"Bu məqsədlə fiziki, hüquqi və vəzifəli şəxslərin nəzərə çatdırılır ki, paytaxtın inzibati ərazisində bu tipli avtomobillərin hərəkəti yalnız icazə verilmiş küçə və prospektlər üzrə axşam saat 21:00-dan səhər 8:00-dək nəzərdə tutulub. Yol infrastrukturunun inkişafı sahəsində tədbirlər planının tələbinə uyğun olaraq, bu tipli avtomobillərin hərəkəti göstərilən saatlar üzrə tənzimlənir. Ona görə də Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, səhər saat 8:00-dan axşam saat 21:00-dək qeyd edilən avtomobillərin paytaxtın inzibati ərazisində hərəkətinə məhdudiyyətlər qoyulacaq. Ona görə də xahiş edilir ki, gün ərzində paytaxt ərazisində sıxlığın yaranmaması, yol qəza hadisələrinin baş verməməsi naminə belə avtomobillərdən yalnız günün göstərilən vaxtında istifadə edilsin. Əks halda yol polisi tərəfindən qanunvercilikdə nəzərdə tutulmuş qaydada cəza tədbirləri görüləcək. Belə avtomobilləri olan fiziki, hüquqi və vəzifəli şəxslərdən xahiş edilir ki, bu qadağanı nəzərə alaraq işlərini əvvəlcədən planlaşdırsınlar".

Bölmə rəisinin sözlərinə görə, artıq yol polisləri tərəfindən bu tipli avtomobillərin mütəmadi hərəkət etdiyi yollar nəzarətə götürülüb: "Bunlar 20 Yanvar dairəsi, 3-cü Kənar dairəvi yol, Bakı-Ələt yolu, Ziya Bünyadov, Mətbuat, Tbilisi, Babək, Nobel prospektləri, Xırdalan-Biləcəri yolu, Mikayıl Əliyev küçəsi, eləcə də digər küçə və prospektlərdir. Qeyd edilən yollarda yol polisi tərəfindən əlavə tədbirlərin görülməsi nəzərdə tutulur".

V.Əsədov qeyd edib ki, bununla bağlı gömrük postlarına da müvafiq tapşırıqlar verilib. Yük avtomobilləri gömrük postuna daxil olandan sonra onların orada saxlanması üçün müvafiq şərait yaradılacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik