Bu günlərdə Şeyx Şamil küçəsi 20 ünvanında belə borular basdırılıb.AZXEBER.COM-un məlumatına görə, bu barədə Day.Az-a saytına oxuculardan biri məlumat verib.Yol polisi bu cür halların qarşısını almaq üçün tədbirlər görürləmi?Suala cavab almaq üçün saytın əməkdaşı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb."Təəssüflər olsun ki, Bakıda bu cür hadisələr baş verir. Yol polisi bu cür sürücülərlə mübarizə aparır. Belə sürücülər yolları daraldırlar, ofislərin binaların qarşısında borular basdırırlar, ərazini zəncirlə əhatəyə alırlar. Bu da təbii ki, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır. Bu məsələ bizi çox narahat edir. Sürücülərə heç kim səlahiyyət verməyib ki, səkiləri, yolun hərəkət hissəsini zəncirlərlə əhatəyə alsınlar. Belə halların qarşısını alaq üçün tədbirlər görürük. Bu günlərdə Babək prospektində və şəhərin digər ərazilərində reydlər keçirilib. Maşınlar yolun hərəkət hissələrindən təmizlənilib. Qayda pozan sürücülər cərimə formasında inzibati məsuliyytə cəlb ediliblər", - o qeyd edib.