Bakıda svetoforda baş verən qəzalardan- VİDEO

Bakıda svetoforda baş verən qəzalardan- VİDEO
Bütün Xəbərlər
00:50 30.01.2015
959
Bu qəzaların əksəriyyəti svetoforda baş verib. Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər”Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəzaların görüntülərinə diqqətlə baxsaq görərik ki, bizim bəzi sürücülər svetofora yaxınlaşanda sürəti azaltmaq əvəzinə, qazı basıb “uçurlar”.

Hansı ki, əksər hallarda svetoforun işığının yaşıldan qırmızıya keçmək üzrə olduğunu görürlər. Bu anda tələskənlik edib irəli düşməyə çalışanlar qəza törədib geri düşürlər.

Odur ki, əziz sürücülər, svetoforun yaşıl işığının sayrışdığını gördükdə sürəti azaltmaq lazımdır. Bəziləri qazı basıb svetoforu keçəcəyini düşündüyü halda, qarşıdakı maşın qəfil tormoz verib dayanır. Bu zaman isə qəza qaçılmaz olur. Elə bu videolarda da belə mənzələri görmək olar.

AZXEBER.COM avtosfer.az-a istinadən Bakıda baş vermiş bir neçə yol qəzasının videosunu təqdim edir.

OXŞAR XƏBƏRLƏR