Bakıda söyüş bıçaqlanmaya səbəb oldu - VİDEO

Bakıda söyüş bıçaqlanmaya səbəb oldu - VİDEO
Bütün Xəbərlər
16:07 07.03.2013
1515

Binəqədidə uşaqlıq dostları arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib

Abşeronda qanlı hadisə baş verib. Söyüş uşaqlıq dostları arasında bıçaqlanmayla nəticələnib.Hadisə bir neçə gün bundan əvvəl Binəqədi rayonunda, 9-cu mikrorayon ərazisində qeydə alınıb. Çay evlərinin birində yaranan mübahisə zamanı 33 yaşlı Elşən Həsənov zərərçəkən Asif Musayevə 2 bıçaq zərbəsi vurub.Dostunu bıçaqladıqdan sonra bir müddət istintaqdan yayınan Elşəni sonda yaxalamaq mümkün olub. Faktla bağlı Elşən Həsənov barəsində Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1 – “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir. (anspress)

OXŞAR XƏBƏRLƏR