Bakıda taksi sürücüsündən zorla 70 manat götürən dəstə üzvləri tutuldu
Bütün Xəbərlər
13:38 25.12.2012
1258
Xətai rayonu ərazisində quldurluq edən dəstə yaxalanıb.AZXEBER.COM-un DİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, 3 naməlum şəxs Bakı şəhər sakini İbrahim Sadıqova məxsus "Opel" markalı avtomaşına oturub, metronun "Əhmədli" stansiyasına gedəcəklərini bildiriblər.Onlar bıçaqla İ.Sadıqovun əl nahiyyəsindən xəsarət yetirib 70 manat pulunu aldıqdan sonra avtomaşından düşərək qaçmağa cəhd göstəriblər. Lakin Çevik Polis Alayı və Xətai RPİ 34-cü PB əməkdaşları tərəfindən tutulublar.