Balaxanı qəsəbəsi ərazisindən silah-sursat tapılıb.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci PB əməkdaşları tərəfindən noyabrın 20-də Balaxanı qəsəbəsi Təmiz Şəhər ASC-nin ərazisindən 1 ədəd tank əleyhinə mina, 3 ədəd patron və 1 ədəd "Voltran" tipli tapança tapılıb.
Faktla əlaqədar araşdırma aparılır.