Bakıda tələbə oğlanın meyiti tapıldı

Bakıda tələbə oğlanın meyiti tapıldı
SOSİAL
14:03 23.07.2026
188
Bakıda gənc oğlan müəmmalı şəraitdə vəfat edib.

Hadisə ötən gecə Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində baş verib.

Belə ki, iyulun 23-ü saat 02 radələrində 2007-ci il təvəllüdlü İbrahim Rəvan oğlu Hacızadənin meyiti yaşadığı "V” yaşayış sahəsindəki evdə yaxınları tərəfindən aşkar edilib.

İ.Hacızadənin paytaxtdakı universitetlərdən birinin 3-cü kurs tələbəsi olduğu bildirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR