Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, yol nəqliyyat hadisəsi paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınıb.
Həmin küçədə tunelin girişində "Hyundai Santa Fe" markalı avtomobil "Lexus" markalı maşınla toqquşub.
Hadisə nəticəsində maşınlara ciddi zərər dəysə də, ölən və yaralanan yoxur.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.











































