22 yanvar 2012-ci il tarixində “Capone’s” gecə klubunda TMB telekanalının (Türk Musiqi Birliyi) Azərbaycanda rəsmi nümayəndəliyinin açılışının təqdimat mərasimi keçirilmişdir.
AZXEBER.COM-un məlumatına görə, təqdimat mərasimində şou-biznes və incəsənət xadimləri, klipmeykerlər, prodüserlər və media qurumlarının nümayəndələri iştirak etmişlər.
Giriş sözü ilə TMB kanalının Art direktoru İlqar Quliyev və icraçı prodüser Kemal Canka söz verilmişdir. Onlar hamını ürəkdən salamladılar və qeyd etdilər ki media məkanında belə telekanalının yaradılması təkcə Azərbaycan ücün deyil, həmçinin bütün türkdilli ölkələr üçün vacibdir. İlqar Quliyev qeyd etdi ki “TMB telekanalının yaradılmasında məqsəd - Türkdilli xalqları bir araya qətirib, onların böyük mədəni-tarixi irsinin tanınmasından, təbliğindən və yayılmasından ibarətdir. Bu təşəbbüs həm türkdilli dövlətlər, həm də ictimaiyyət tərəfindən müsbət qarşılandı”
TMB kanalı - 18 dekabr 2009-cu il tarixində Bişkek şəhərində kecirilən TÜRKSOY-un sammitində Mədəniyyət nazirlərinin şurasının qərarı ilə yaradılıb. Telekanalın əsas məqsədi - Türkdilli xalqların mədəniyyətini musiqi vasitəsilə birləştirmək, ölkədən kənarda yaşayan insanlar üçün türkdilli contentlə təmin etmək, habelə dünyanın musiqi mədəniyyətində və dünya şou-biznesində yüksək beynəlxalq reytinq qazanmaqdır.
200 milyondan artıq tamaşaçı auditoriyası olan TMB yeganə türkdilli musiqi telekanalıdır ki, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiya (Başqırdıstan, Tatarstan və Rusiya Federasiyasının digər subyektləri), Ukrayna, Baltikyanı (Latviya, Litva, Estoniya) ölkələrinin kabel operatorlarında və peyk platforması əsasında yayımlanır.
Telekanalda 300-dən çox türkdilli ölkələrdən kliplər translyasiya edilir.