Bakıda uşaq bağçasında ciddi nöqsanlar - FOTO

Bakıda uşaq bağçasında ciddi nöqsanlar -  FOTO
Bütün Xəbərlər
16:23 22.04.2014
1246
Qidalar uşaqların inkişafının, boy artımının, adekvat immunitetinin əldə edilməsinə maneədir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 195 saylı uşaq bağçasında qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.
AZXEBER.COM-un məlumatına görə,bu barədə Oxu.Az-a komitədən məlumat verilib.
Yoxlama zamanı bağçanın soyuducusunda son istifadə tarixi bitmiş hər biri 200 qram olmaqla 12 ədəd kəsmik məmulatı, 1 ədəd 8 kiloqramlıq qatıq məhsulu aşkar edilib. Həmçinin, bağçada mərkəzləşdirilmiş menyunun olmasına baxmayaraq uşaqlara menyudan kənar yeməklərin verildiyi aşkar edilib ki, bu da uşaqların inkişafının, boy artımının, adekvat immunitetinin əldə edilməsinə maneədir.
Hər qrupun qapısında valideynlərin bağçaya ərzaq gətirməsinin qadağan olduğunu bildirən tablolar yerləşdirilsə də, yoxlama zamanı uşaqların şkaflarında tərkibində kəskin ədviyyatlar olan çipsilər, kremli pirojnalar və digər məhsullar aşkar edilib. Bundan başqa bağçada məhsulların soyuducularda mal qonşuluğuna əməl olunmadan saxlanıldığı da aşkar edilib.
OXŞAR XƏBƏRLƏR