Bakıda uşaq bağçasında ölüm hadisəsi oldu

Bakıda uşaq bağçasında ölüm hadisəsi oldu
Bütün Xəbərlər
10:45 30.04.2012
2414

Bakıda 7 yaşlı oğlan uşaq bağçasında bədbəxt hadisə nəticəsində ölüb.

Xətai rayon prokurorluğundan verilən məlumata görə, 250 saylı uşaq bağçasında gözətçi işləyən babasının yanına gələn Abduləzim Xanlar Mübariz oğlunun başına dəhlizə söykənmiş qapı aşıb.

Nəticədə uşaq aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR