Bakıda vətəndaşdan pul alan polis mayoru saxlanıldı
Bütün Xəbərlər
17:00 13.02.2012
1308
Bakıda vətəndaşdan pul alan polis mayoru saxlanılıb. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin rəsmi saytında yer alıb. AZXEBER.COM-un nazirliyin rəsmi saytına istinadla verdiyi məlumata görə, fevralın 11-də Bakı şəhər sakini R.Bağırova Daxili İşlər Nazirliyinə müraciət edərək qohumu H.Babayevin cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində özünü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim etmiş bir şəxsin ondan pul tələb etməsi barədə məlumat verib.Nazirliyin və Baş Prokurorluğun əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Nurəddin Qəmbərov həmin vətəndaşdan 1500 ABŞ dolları alarkən saxlanılıb.