Bakıda vətəndaşların avtomobillərinə qənim kəsilənlər tutuldu

Bakıda vətəndaşların avtomobillərinə qənim kəsilənlər tutuldu
Bütün Xəbərlər
15:05 08.11.2012
704
Bakıda vətəndaşların avtomobillərinin qəniminə çevrilən şəxsləri polis tutub.
AZXEBER.COM-un Daxili İşlər Naziriyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəqliyyat vasitəsini qaçırdığına görə Rasim Əhmədov ətrafında Nizami RPİ 24-cü PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində tutulub. Araşdırmalar zamanı məlum olub ki, Rasim Əhmədov oktyabrın 4-də Rauf Nəbiyevə məxsus "VAZ-2106" markalı avtomaşını da qaçırıb. Onun digər maşın oğurluqlarında da əlinin olması istisna edilmir.Bundan başqa, Azər Tağıyev və Ərzuman Məmmədov da paytaxtda avtomobilləri oğurladıqlarına görə tutulublar. Onların Nicat Hüseynova məxsus “VAZ-2107” markalı avtomaşından oğurluq etməsi, Elvin Abbasəliyevə məxsus “VAZ-2107” markalı avtomaşını qaçırması məlum olub. Habelə onların birgə Məhərrəm Əhmədova məxsus “VAZ-2104” markalı və Hikmət Ağayevə məxsus “VAZ-2104” markalı avtomaşınları qaçırmaları müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR