Bakıda vəzifəli şəxslərə 16 il həbs

Bakıda vəzifəli şəxslərə 16 il həbs
Bütün Xəbərlər
12:11 24.11.2014
1593
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Əzizbəy-KM” MMC-nin təsisçisi Fuad Mirzəyev və cəmiyyətin direktoru Akif Bağırovun məhkəməsi prosesi başa çatıb.AZXEBER.COM-un lent.az-a istinadən verdiyi məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.Qeyd edək ki, MMC-nin təsisçisi Fuad Mirzəyevlə qurumun direktoru Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıblar. Təqsirləndirilən şəxslər ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini mənimsəyiblər.
OXŞAR XƏBƏRLƏR