Bakıda wi-fi zonaları yaradılacaq

Bakıda wi-fi zonaları yaradılacaq
Bütün Xəbərlər
15:11 01.12.2014
614

Danışıq tarifləri azala bilər.

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı wi-fi zonalarının yaradılmasına məsələsinə baxılır.AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müaviniElmir Vəlizadəbildirib.

Onun sözlərinə görə, gələn il paytaxtda keçirilən beynəlxalq tədbirlə əlaqədar olaraq rabitə xidmətlərinin keyfiyyətinin artırılması, münasib danışıq tariflərinin, xüsusilə də rouminq danışıq qiymətləri ilə bağlı addımlar atılacaq.

E.Vəlizadə həmçinin tədbirlə bağlı tikilən idman obyektlərinin infrastruktur kanalları ilə də təmin olunacaqlarını qeyd edib.

OXŞAR XƏBƏRLƏR