Bakıda yağışlı hava proqnozu

Bakıda yağışlı hava proqnozu
Bütün Xəbərlər
13:07 22.04.2015
1661
Sinpotiklər məlumat yayıblar.
Aprelin 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, səhər bəzi yerlərdə çiskin olacağı, gecəyə doğru yağı yağacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 11-19, dağlarda gecə 0-5, gündüz 6-11 isti olacaq.
OXŞAR XƏBƏRLƏR