Bakıda yanan çoxmərtəbəli binanın sakinlərinə kirayə pulu verildi

Bakıda yanan çoxmərtəbəli binanın sakinlərinə kirayə pulu verildi
Bütün Xəbərlər
18:51 11.04.2015
2115

Yanğından zərər çəkmiş mənzillər təmir olunacaq.

Aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanında yanğın baş verən doqquzmərtəbəli yaşayış binasında mənzilləri olan 60 ailənin hər birinə bu gün 500 manat kirayə pulu verilib.AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya Xətai Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib.

RİH-dən verilən məlumata görə, hazırda yanın binanın fasadı sökülür. Fasad və yanğından zərər çəkmiş mənzillər Bakı şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir olunacaq.

OXŞAR XƏBƏRLƏR