AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə nazirliyindən bildirilib. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir.
Epidemik parotit daha çox peyvənd olunmamış və ya natamam peyvənd olunmuş şəxslər arasında müşahidə edilir. Xəstəlik əsasən hava-damcı yolu ilə - öskürmə, asqırma və yaxın təmas zamanı ötürülür. İnkubasiya dövrü adətən 11-23 gün davam edir. Xəstəliyin əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, qulaqətrafı tüpürcək vəzilərində şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalmasıdır.
Xəstəlikdən qorunmaq üçün xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri mütəmadi yumaq və qapalı məkanları tez-tez havalandırmaq, xəstəliyə xas əlamətlər müşahidə olunduqda özünümüalicədən çəkinmək, həkimə müraciət etmək və tam sağalanadək kollektivə qayıtmamaq kimi profilaktik tədbirlərə riayət olunmalıdır.











































