Bakıda daha bir yerüstü piyada keçidinin inşası başa çatdırılıb.Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev ANS PRESS-ə bildirib ki, paytaxtın Ziya Bünyadov prospektindəki "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yanında inşa olunan yerüstü keçidin tikintisi işləri başa çatdırılıb.