Bakıda yol polisini döydülər

Bakıda yol polisini döydülər
Bütün Xəbərlər
17:52 06.05.2015
1629

Polis təcili tibbi yardım stansiyasında yardım alıb.

Bakıda yol hərəkəti qaydasını pozan sürücü polis əməkdaşını vurub.AZXEBER.COM xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Mayın 4-də saat 19 radələrində Bakıxanov küçəsində Mercedes markalı avtomobilin sürücüsü Azər Əhmədov yol hərəkət qaydasını pozub.

Buna görə də ərazidə xidmət edən Yol Patrul Xidməti Alayının serjantı Ağamoğlan İbrahimov tərəfindən saxlanılıb.

Bu zaman sürücü polisə tabe olmayıb və onu vuraraq yerə yıxıb.

Xəsarət alan polis əməkdaşı təcili tibbi yardım stansiyasında yardım alıb evə buraxılıb.

OXŞAR XƏBƏRLƏR