Bakıda yük maşın yolun kənarına aşıb - VİDEO

Bakıda yük maşın yolun kənarına aşıb - VİDEO
Bütün Xəbərlər
16:43 07.02.2014
873

Yolun ensiz olması səbəbindən maşınların da hərəkətində çətinlik yaranıb

Hadisə Suraxanı rayonu Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsində baş verib. "Şaqman" tipli iri yük maşınının aşmasına səbəb yolda qazıntı işlərinin aparılması nəticəsində çala-çuxurların yaranması və yolun buz olması göstərilir. ANS PRESS-in məlumatına görə, səhər saatlarında aşan maşında olan çınqıl ətrafa tökülüb. Amma deyəsən cəld tərpənən sürücü maşının tamamilə aşmasının qarşısını almaq üçün onun kənarına iri taxta parçaları qoyub və hadisə yerindən uzaqlaşıb. Yolun ensiz olması səbəbindən maşınların da hərəkətində çətinlik yaranıb.Hadisə şahidi , Əziz Ağabalayev: “Yolda biraz qum var idi əvvəl. Sonra qar yağdı. Ona görə yol çökdü. Bu gündə gəlib maşın aşıb. Bizim başqa yolumuz yoxdu. Qalıb burda. Keçə bilmirik yoldan”.Elə çəkiliş apardığımız müddətdə post patrul xidmətinin əməkdaşları da hadisə yerinə gələrək araşdırmalara başladı. Maraqlıdır ki, hələ bir müddət bundan əvvəl Dövlət Yol Polis idarsəi açıqlama verərək irtonnaglı maşınların Bakının küçələri ilə günorta vaxtları hərəktinə qadağa qoyulduğunu elan etmişdi. Onlar sadəcə oalaraq, müəyyən olunmuş vaxtlarda şəhərdə həpəkət edə bilərlər. Amma görünən odur ki, bu qadağaya hələ də əməl edən yoxdu. Əgər olsaydı bu gün bu maşın aşaraq yolu bağlamazdı.
 
OXŞAR XƏBƏRLƏR