Bakıda yük maşını qəzaya səbəb olub, ölən var

Bakıda yük maşını qəzaya səbəb olub, ölən var
Bütün Xəbərlər
12:41 16.12.2013
539

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 14-də Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini İbrahim Allahverdiyev idarə etdiyi «Ford-Tranzit» markalı avtomobili yol kənarında dayanan, Məmmədəli Cəfərovun idarə etdiyi «Daewoo» markalı avtobusa və Şirvan Məmmədova məxsus «Oka» markalı avtomobilə vurub. Nəticədə M.Cəfərov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR