Bakıda zəlzələ gözlənilirmi? - Seysmoloq rəyi

Bakıda zəlzələ gözlənilirmi? - Seysmoloq rəyi
Bütün Xəbərlər
14:31 08.05.2012
3429
   Respublika Seysmoloji Xidmət Mərkəzinin sesymoloji şöbəsinin müdiri Tahir Məmmədlinin ANS-ə müsahibəsi -Bu gün Zaqatala və digər ərazilərdə baş verən zəlzələni necə xarakterizə edərdiniz? Bu zona üçün yüksək ballıq zəlzələ xarakterik haldırmı? -Zaqatala aktiv sesymik zonadır. Nəzərinizə çatdırım ki, 1936-cı ildə burada təxminən 7-8 ballıq güclü zəlzələlər baş verib. Burada seysmik ocaqlar yerləşir və bu günki zəlzələ də həmin ocaqlarda baş verib. -Bu tipli zəlzələlər təkrarlana bilərmi? -Azərbaycanın aktiv sesymoloji zonalarında həmişə zəlzələ ola bilər. Amma zəlzələ haqqında qabaqcadan proqnoz vermək düzgün olmaz. Ümumiyyətlə Böyük Qafqazın Cənub yamacları, Şamaxıdan Mərəzəyə, Gürcüstan sərhədinə qədər bu zonalarda güclü zəlzələ olması ehtimalı böyükdür. - Qonşu ölkələrdə baş verən zəlzələ ilə bu gün baş verən hadisənin hər hansı bir əlaqəsi varmı? -Yox, bu gün baş verən təbiət hadisəsinin digər regionlarda baş verən zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Bura ocaq zonasıdır və bu zonada gələcəkdə də zəlzələ baş vermə ehtimalı var. Əslində həmin ərazidə biz tez-tez zəlzələlər qeydə alırıq. Yəni hiss olunmayan zəlzələlər cihazlarla qeydə alınır. Güclü zəlzələlər isə çox nadir hallarda olur. Güclü yer titrəyişinin olması üçün orda deformasiya prosesi olmalıdır və o deformasiya o qədər davam etməlidir ki, güclü zəlzələnin baş verməsinə səbəb olacaq potensial enerji toplansın. Bu da müəyyən müddət tələb edir ki, enerji toplansın. Ona görə, güclü zəlzələ az-az olur, amma zəif zəlzələ çox olur. Yəni zəlzələnin gücü azaldıqca, onun sayı artır. Belə bir qanunauyğunluq var. Digər qonşu ölkələrdə də zəlzələlər olur. Gürcüstan, Ermənistan, Türkiyə, İranda da zəlzələlər olur, onların öz seysmik zonaları var. Bizim bölgə isə Alp-Himalay qırışıqlıq sisteminə daxil olan bir bölgədir. Bu zona Alpdan başlamış Himalaya qədər davam edir. Bu zonalarda tektonik proseslər daha aktivdir. Burada müxtəlif süxurların deformasiyası prosesi gedir və buda zəlzələnin əmələ gəlməsinə səbəb olur. Biz də bu ərazidə yerləşirik, ona görə də, gələcəkdə zəlzələ olma ehtimalı var. - Bu günlərdə Ay Yerəmaksimum dərəcədə yaxınlaşdı... Zəlzələ və digər təbiət hadisələrinin bu hadisə ilə əlaqələndirmək olarmı? -Bəzən mütəxəssislər belə bir fikir səsləndirirlfər ki, Ay Yerə yaxınlaşdıqda orada qabarma hadisələri və zəlzələlər artır. Ancaq əlimizdə bunu sübut etmək üçün real fakt yoxdur. Əgər Ay yerə yaxınlaşıbsa, o Zaqatalaya da, Şəkiyə də, Bakıya da eynidərəcədə yaxınlaşıb. Onda bu cür sual meydana çıxır. Bəsdigərregionlarda niyə zəl.zələ olmadı? Düşünürəm ki, bunun heç bir əlaqəsi yoxdur. O qədər məsafə olanda, bütün yer kürəsi bir nöqtə kimi olur, onda gərək yerin bütün nöqtələrində zəlzələ baş versin. Ay Yerdən uzaq olanda da yerdə güclü zəlzələlər olub. Mən qəbul etmirəm ki, ayın yerə yaxınlaşması tektonik prosesə hansısa təsiri olsun. -Belə güclü zəlzələnin paytaxtda da baş verməsi gözlənilir? -Abşeron yarmadası zəlzələ olmayan ərazidir. Burada çox nadir hallarda güclü təkanlar olur. Bakı üçün seysmik təhlükə Xəzər dənizində olan zəlzələ ocaqlarında gözlənilir. Bu da Bakıda 12 ballıq şkala üzrə maksimum 8 bal gücündə hiss oluna bilər. Xəzər dənizində güclü zəlzələ olarsa, Bakıda 8 bal gücündə zəlzələ baş verərsə, kifayət qədər böyük dağıntılara səbəb ola bilər. Təbii ki, hər bir təbii fəlakətə hazır olmaq lazımdır. Maarifləndirmə işləri aparılmalıdır ki, zəlzələ zamanı insanlar özlərini necə aparsınlar. Binalar özüllü, seysmik dayanıqlığa uyğun tikilməlidir. Bunu dövlətimiz də bilir. Ona görə, ölkənin istənilən yerində böyük sənaye və mülki tikililər tikilərkən seysmoloji mərkəzdən seysmik dayanıq haqqında rəylər alınır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
05:26 11.04.2026
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
04:13 11.04.2026
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
02:31 11.04.2026
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı