Bakıda əxlaqsızlıq yuvası aşkar edilib.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində, "Rusaloçka" masaj salonunda, orada işləyən Bakı şəhər sakini Cəvahir Hacıyevanın əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.