Bakıdakı məcburi köçkünlərin övladlarının gələcəyini kim korlayır? - VİDEO – FOTOLAR

Bakıdakı məcburi köçkünlərin övladlarının gələcəyini kim korlayır? - VİDEO – FOTOLAR
Bütün Xəbərlər
16:08 31.10.2014
781

Yataqxanada yerləşən qaçqın məktəbindən reportaj

Zəngilan rayonundan qaçqın düşən ailələrin övladları təkcə, keçmişlərini, ata-baba yurdlarını yox, gələcəklərini də itirmək təhlükəsi altındadırlar. Zəngilan təhsil şöbəsinin Yasamal rayonunda yerləşən 21 saylı məktəbində tədris şəraitinin vəziyyəti bu sözləri deməyə əsas verir.

100 nəfərə yaxın şagirdin təhsil aldığı məktəb elə həmin rayondan olan məcburi köçkünlərin yaşadığı yataqxananın birinci mərtəbəsində yerləşir. 8 kiçik sinif otağından ibarət məktəb istilik sistemi ilə əhatə olunmayıb. Binanın kommunal imkanları yalnız elektrik enerjisindən ibarət olduğundan elektrik avadnlıqlarının köməyi ilə sinif otaqları qızdırılır, elektrik kəsildikdə isə dərslər təxirə düşür.

Məktəbin direktoru və müəllimlər bu vəziyyətdə dərs keçməyə o qədər öyrəşiblər ki, bu durum onları narahat etmir, ya da bu haqda danışmağa ehtiyat edirlər.

Dövlətin təhsilə ayırdığı milyonlar bu məktəbdən yan keçib desək yanılmarıq. Məktəbdə 10 sinifdə 98 şagird təhsil alır, əgər ona təhsil demək mümkündürsə.. Məktəbdə dərs avadanlığı adına lövhə və təbaşirdən başqa heç nə yoxdur, məktəb kompüter avadanlıqları ilə təmin olunmayıb.

Durum o həddə çatıb ki, nə direktorun nə də müəllimlərin ayrıca kabineti yoxdur.

Zəngilan rayonundan olan məktəblilərin acınacaqlı durumunu daha ətraflı videodan izləyə bilərsiniz.

musavat.com

OXŞAR XƏBƏRLƏR