Bakıdakı supermarketlər nə işə yarayır?

Bakıdakı supermarketlər nə işə yarayır?
Bütün Xəbərlər
22:35 29.10.2011
2524
Son vaxtlar paytaxtda gündəlik tələbat malları bazarının təmərküzləşməsi daha da sürətlənib. Əgər 2005-ci ilə qədər Bakı əhalisinin ərzaq məhsullarına tələbatını kiçik dövriyəli ticarət obyektləri təmin edirdisə, hazırda vəziyyət fərqlidir. Böyük market şəbəbkələrinin yaradılması prosesi genişlənməkdədir. Xüsusilə bu proses ADA şirkətlər qrupuna məxsus “Almalı” ticarət şəbəkəsinin çöküşündən sonra sürətlənib. Belə ki, dəyərləndirmələrə görə, vaxtıilə respublikanın 3 şəhərində 40 dan çox satış mərkəzi olan “Almalı” ticarət şəbəkəsinin bazarı tərk etməsi bu sahədə inhisarçılığı azaldıb. Ərzaq məhsullarına olan tələbatın təxminən 25% supermarketlərdə ödənirBu sahədə araşdırma aparan İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyir ki, hazırda supermarketlər paytaxt əhalisinin ərzaq məhsullarına olan tələbatının təxminən 25%-ni ödəyir. Hansıki bu pay kecən hər gün artır: “Gündəlik tələbat malları bazarının texniki və keyfiyət baxımdan inkişaf etdirilməsi prosesi 2005-ci ildən sonra başlayıb. Zaman kecdikcə alıcıların dəyişməkdə olan zövqünü qarşılamaq, daha üstün xidmətlər təklif etmək məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlar supermarketlərin rəqabətqabiliyyətli olacağını anladılar. Beləliklə paytaxtın müxtəlif yerlərində ,,Bizim market”, ,,Qrandmart”, ,,Səbət”, ,,Makros”, ,,Neptun” və s. adlarla xidmət göstərən ticarət şəbəkələri meydana gəldi”. R.Həsənov bildirir ki, supermarketlərin bir çox üstunlukləri müştərilərin davamlı axınını təmin edir: “Yəni belə marketlərdə yeni malların reklam edilməsinə şərait yaradılır, alqı-satqı əməliyyatlarının ödəmə kartları ilə aparılması üçün post terminallar təhciz olunur. Xüsusilə sonuncu elektron hesablaşma sistemini inkişaf etdirir. Digər tərəfdən bu müəssisələr daha böyük ticarət dövriyyəsinə sahib olduqları üçün özlərinə imic və fəaliyyət reklamları təşkil edirlər. Bununlada ölkədaxili reklam bazarının inkişafını stimullaşdırırlar”. Supermarketlər aralıq infilyasiyanı azaldır”.Məlum olur ki, əslində supermarketlərin açılmasının müsbət tərəfləri var. Əvvəla belə marketlərdə mənşəyi bilinməyən və yaxud keyfiyət sertifikatı olmayan məhsullar satışa buraxılmır: “Bu tip ticarət obyektlərinə çıxış əldə etmək istəyən hər bir sahibkar məhsullar üçün sertifikatların alınmasında maraqlı olur. Eyni zamanda supermarketlər firmalara daha iri partiyalı mallar sifariş vermək imkanındadirlar. Bu onları alqı-satqı şərtərində üstün tərəf olmasını təmin edir. Eyni zamanda bazarda qiymət rəqabətliliyini artırır. Müəyyən qədər aşağı gəlirli təbəqənin sosial rifahına xidmət edir, aralıq infilyasiyanı azaldır”.İri marketlər işsizlik yaradır Ekspertin sözlərinə görə, supermarketlərin sürətlə artması əhalinin yaşam mədəniyyətində müsbət rol oynasa da bəzi problemlər yaradır: “Rəqabət apara bilməyən xırda ticarət obyektlərinin bağlanması kütləviləşir. Nəticədə işsizlik artır. O cümlədən bu sektorda yaradilan əlavə gəlir bölgüsü ədalətsizləşir, təbəqələşmə sürətlənir, manapoliya meyilləri artır. Nəzərə alsaq ki, ölkədə ən az inhisarlaşan sahə məhz gündəlik tələbat malları bazarıdır, bu da işbazların diqqətini cəlb etməyə bilməz. Lakin ADA” şirkətlər qrupunun idarəciliyində fəaliyət göstərən ,,Almalı” marketlər şəbəkəsinin iflasından sonra inhisarlıq meyilləri nəzərə carpacaq dərəcədə azalıb.Supermarketlər xariciləşir Təsadüfi deyil ki, son vaxtlar ticarətin bu növündə xarici kapitalın izləri görünməkdədir. Belə ki, rus, türk və hindistan iş adamları artıq ciddi şekildə sektorun mərkəzinə doğru irəliləyirlər. R.Həsənov deyir ki, xarici yatırımlar həm daxili bazarda müvəqqəti maddi canlanma yaradır, həm də inkişaf etmiş təcrübənin tətbiqini sürətləndirir: “Gözləniləndir ki, bazar sisteminin bu sektorunun sürətli inkişafı yaxın illərdə respublikanın digər rayonlarını da əhatə etsin”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ