Təmir işləri ilə əlaqədar rayonların qaz təchizatında məhduduiyyətlər olacaq
Nizami və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Azəriqaz İB-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar 11 sentyabr 2013-cü il tarixdə saat 10:00-dan saat 14:00-dək “Nərimanov”(30-cu sahə), saat 14:00-dan saat 17:00-dək “ Xırdalan” ölçü qovşaqlarında qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Nizami rayonunun Keşlə qəsəbəsinin Şanxay adlanan hissəsi və F.Fərzəliyev küçəsi, eləcə də Abşeron rayonunun Kənd Xırdalan və Mexkalon yaşayış massivinə təbii qazın verilməsində fasilələr yaranacaq.