Bakının gecə iqtisadiyyatı: Şəhər yatanda kimlər qazanır?

Bakının gecə iqtisadiyyatı: Şəhər yatanda kimlər qazanır?
SOSİAL
16:18 15.07.2026
653
Bakı gündüz saatlarında sürətli həyat ritmi ilə yaşayan şəhər olsa da, bəzi sahələr üçün günün ən aktiv vaxtı məhz gecə saatlarıdır.
Paytaxtın gündüz görünən iqtisadiyyatından fərqli olaraq, gecə iqtisadiyyatı daha səssiz, lakin bir çox sahələr üçün gəlirli bir sistem kimi fəaliyyət göstərir.

Bəs Bakı gecələrində hansı sahələr pul dövriyyəsi yaradır? Şəhər yatarkən kimlər işləyir və kimlər qazanır?

Mövzu ilə bağlı AZXEBER.COM araşdırma aparıb.

Taksi sektoru

İlk növbədə taksi sektoru gecə iqtisadiyyatının əsas hissələrindən biridir. Gün ərzində nəqliyyat sıxlığı səbəbindən bəzi sərnişinlər alternativ yollar axtarsa da, gecə saatlarında ictimai nəqliyyat imkanlarının azalması taksi xidmətlərinə tələbi artırır. Xüsusilə restoranların və əyləncə məkanlarının yerləşdiyi ərazilərdə gecə saatlarında taksi hərəkətinin daha çox olduğu müşahidə edilir.

Restoran və əyləncə məkanları

Gecə iqtisadiyyatında restoran və əyləncə sektoru da xüsusi yer tutur. Paytaxtın bəzi ərazilərində, xüsusilə mərkəzi küçələrdə fəaliyyət gecə saatlarında da davam edir. Kafelər, restoranlar və əyləncə məkanları üçün axşam və gecə saatları əsas gəlir dövrlərindən birinə çevrilə bilər.

Çatdırılma xidmətləri

Son illərdə gecələr fəaliyyət göstərən sahələrdən biri də çatdırılma xidmətləridir.
İnsanların həyat tərzinin dəyişməsi ilə gecə saatlarında yemək, market məhsulları və digər xidmətlərə sifarişlərin sayı artıb.

Marketlər

24 saat fəaliyyət göstərən marketlər də gecə iqtisadiyyatının bir hissəsidir. Gecə saatlarında bu obyektlərə müraciət edən insanların sayı gündüzlə müqayisədə az olsa da, müəyyən məhsullar üzrə satış davam edir.

Səhiyyə sektoru

Şəhərin heç vaxt dayanmayan sahələrindən biri də səhiyyə sektorudur. Gecə saatlarında xəstəxanalarda həkimlər, tibb bacıları, təcili yardım əməkdaşları, apteklər və texniki heyət fəaliyyətlərini davam etdirirlər.

Media

Xəbər saytlarının redaktorları, jurnalistlər, foto və video operatorlar, televiziya əməkdaşları baş verən hadisələri izləmək və operativ məlumat hazırlamaq üçün gecə saatlarında da işləyirlər. Xüsusilə beynəlxalq xəbərlər, fövqəladə hadisələr və mühüm qərarlar media əməkdaşlarının gecə növbəsində fəaliyyət göstərməsini zəruri edir.

Gecə növbəsində çalışan əməkdaşlar

Gecə iqtisadiyyatı yalnız biznesdən ibarət deyil. Bu sistemin arxasında minlərlə insan çalışır. Gecə növbəsində işləyən mühafizəçilər, tibb işçiləri, yanacaqdoldurma məntəqələrinin əməkdaşları, otel işçiləri və digər xidmət sahələrinin nümayəndələri şəhərin fasiləsiz fəaliyyətini təmin edirlər. Aşpazlar, ofisiantlar, barmenlər, administratorlar və mühafizəçilər gecə saatlarına qədər fəaliyyət göstərən məkanların əsas əməkdaşlarıdır. Xüsusilə həftəsonları restoran və əyləncə sektorunda çalışanların yükü artır. Gecə həyatının aktiv olduğu məkanlarda yüzlərlə insan xidmət göstərərək gəlir əldə edir.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı