Bakının mərkəzi küçələri bağlanır - ÜNVAN

Bakının mərkəzi küçələri bağlanır - ÜNVAN
Bütün Xəbərlər
12:28 23.04.2014
720
Sürücülərə alternativ yol göstərilib.
Bakının mərkəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
AZXEBER.COM xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 22:00-dan etibarən, 28 May küçəsində və Bülbül prospektində (Zərifə Əliyeva küçəsi ilə kəsişməyə qədər) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Məlumata əsasən, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ərazidə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.
Sürücülərə 28 May küçəsinə alternativ olaraq Üzeyir Hacıbəyov küçəsindən, Bülbül prospektinə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR