Şəhidlər Xiyabanının yaxınlığında ucaldılan, hazırda inşası davam edən “Alov Qüllələri”ndə çalışan fəhlələr etiraz aksiyası keçirir.
Fəhlələr onlara keyfiyyətsiz yemək verilməsinə etiraz edirlər. Aksiyada təxminən 100-ə qədər fəhlə iştirak edir. Onların sözlərinə görə, son iki gündə fəhlələrə verilən keyfiyyətsiz qidadan bir neçə nəfər zəhərlənərək xəstəxanalara yerləşdirilib. Aksiya iştirakçıları Parlament prospektində nəqliyyatın hərəkətini dayandırmağa cəhd ediblər.












































