Ötən gün Bakıda "Dalğa" Gənclər Hərəkatının layihəsi olan “Demokratiya Məktəbi” nin açıq dərsi keçirilib.
AZXEBER.COM-un məlumatına görə, açıq dərsin mövzusu LGBT (Lezbi, gey, Biseksual, transseksual)-ın hüqüqlarının və azadlıqların qorunması və təmin olunmasıyla bağlı olub. Təşkilatın sədri Vüqar Adıgözəlov mövzuyla bağlı qonaqlara mühazirə deyib. Tədbirdə təxminən 30-a yaxın gənc qatılıb. Qeyd edək ki, bununla bağlı artıq “facebook” açıq “event” də yaradılmışdı.
AZXEBER.COM həmin tədbirdən çəkilən fotoları təqdim edir.