Bakının problemli yerində piyada keçidi tikilir

Bakının problemli yerində piyada keçidi tikilir
Bütün Xəbərlər
11:40 16.04.2013
898

Binəqədi qəsəbəsinin mərkəzi kimi tanınan ərazi hasara alınıb. Sakinlər orada hansısa boyük obyektin tikilməsini desələr də, hasarlanmanın əsl səbəbini “Azəryolservis” ASC rəsmisi açıqladı.

Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirdi ki, həmin ərazidə yeraltı piyada keçidi tikiləcək. Keçid 2 giriş-çıxışdan ibarət olacaq.

P.Mürsəliyev qeyd etdi ki, hazırda kommunikasiya təşkilatları işləyir. Kommunikasiya xətləri köçürüldükdən sonra tikinti işlərinə başlanacaq.

Qeyd edək ki, həmin ərazidə iki yolun kəsişməsində maşınların hərəkətinin çətin olması, taksilərin dayanması səbəbindən yolun keçilməz olması problemlər yaradır.

OXŞAR XƏBƏRLƏR