Balakən ərazisində silah-sursat aşkar edildi

Balakən ərazisində silah-sursat aşkar edildi
Bütün Xəbərlər
12:27 22.05.2013
939

Azərbaycan-Rusiya sərhədində keçirilən “sərhəd-sipər” əməliyyatı çərçivəsində Balakən rayonunda xeyli sayda silah-sursat tapılıb.

Bu barədə Balakən rayonu hüquq-mühafizə orqanlarından məlumat verilib.Bildirilir ki, “sərhəd-sipər” əməliyyatları çərçivəsində rayonun dörd müxtəlif yerində nəzarət-post patrul xidməti yaradılıb və 24 saat ərzində fəaliyyət göstərir. Əməliyyatçıların səyi nəticəsində iki gün ərzində xeyli sayda silah-sursat aşkarlanıb. Belə ki, Balakən rayonu Apılıq kəndindən 600 metr dağ istiqamətində 1 ədəd lüləsində E-44096 yazısı olan təklülə ov tüfəngi, 1 ədəd 1958-ci il istehsalı olan üzərində 66232 yazısı olan 5,5 mm-lik TOZ-8 tüfəngi, 61 ədəd 7,62 çaplı “Kalaşnikov” avtomat silahının gülləsi və 144 ədəd “Makarov” markalı tapança gülləsi aşkarlanaraq götürülüb.Əldə olunan silah-sursatın hər hansı cinayət hadisəsində işlənib-işlənmədiyini öyrənmək məqsədilə sənədləşdirilərək Daxili İşlər Nazirliyini silah anbarına göndərilib.

OXŞAR XƏBƏRLƏR