Balakəndə əməliyyat: 6 nəfər tutuldu - FOTO

Balakəndə əməliyyat: 6 nəfər tutuldu - FOTO
KRİMİNAL
10:11 06.10.2022
786
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin satışını, paylanmasını təşkil edən və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 6 nəfər tutularaq istintaqa təhvil verilib. Onlardan ümumilikdə 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində Gərəkli kənd sakini, əvvəllər də məhkum olunmuş Fərhad Qarayev saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış zamanı ümumi çəkisi 4 kiloqram olan qurudulmuş marixuana, eləcə də çətənə bitkilərinin hissələri aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni iyul ayında becərdiyi çətənə kollarından yığaraq əldə etdiyini və heç kimin görməməsi üçün evinin çardağında gizlətdiyini bildirib.

Şöbənin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri digər əməliyyatlar nəticəsində daha 4 nəfər rayon sakini - Rahib Hüseynov, Yaqub Qarayev, Röyal Mirəliyev və Elçin Balagözov tutulub. Araşdırmalar zamanı saxlanılanlardan bəzilərinin əvvəllər də eyni əmələ görə məhkum olunduqları müəyyən edilib. Həmin şəxslərin üzərindən və yaşadıqları ünvanlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq istintaqa təqdim olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı