16:47 Cümə, 22 Noyabr 2019
KRİMİNAL

Baldızını güllələyən şəxsin məhkəməsi başlayıb

18:30, 27.12.20131102
Baldızını güllələyən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində baldızını odlu silahla qətlə yetirən Habil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, Sumqayıt sakini H. Həsənov ov tüfəngi ilə baldızı, 1952-ci il təvəllüdlü Nübar Məhərrəm qızı Nabatəliyevanı güllələyib. Nəticədə döş qəfəsindən güllə xəsarəti alan N. Nabatəliyeva dünyasını dəyişib. Hadisəni törədən H. Həsənov hadisə yerindən qaçıb.Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində H. Həsənov tutulub. O, ilkin ifadəsində həyat yoldaşını öldürmək istədiyini, lakin güllənin təsadüfən baldızına dəydiyini deyib.

XƏBƏR LENTİ