Balıqçılarımız xilas edildi

Balıqçılarımız xilas edildi
MARAQLI
21:40 11.12.2011
1731

Xəzər dənizində qayıqda itkin düşmüş şəxslər xilas ediliblər. Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, dekabrın 8-də Xəzər dənizinin Azərbaycanla Rusiya sərhədində sahildən 10 dəniz mili (18,5 km) aralıda motorlu qayıqlarda balıqçılıqla məşğul olan Azərbaycan vətəndaşları Ramil Həsənov, Məhərrəm Hüseynov və Elman Əhmədovun pis hava şəraitində itkin düşməsi barədə məlumat daxil olub, təcili olaraq Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Administrasiyası və Dövlət Sərhəd Xidməti tərəfindən birlikdə təxirəsalınmaz əməliyyatın həyata keçirilməsinə başlanılıb.

Həyata keçirilmiş əməliyyat nəticəsində balıqçıların olduğu ərazi müəyyən edilib və Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi vasitəsilə həmin ərazidən keçən və mənsubiyyətindən asılı olmayaraq bütün gəmilərə zəruri göstəriş və təlimatlar verilib, nəticədə 10 dekabr 2011-ci il tarixdə saat 14.30 radələrində Rusiya bayrağı altında üzən “Ulus Briz” gəmisi ilə Ramil Həsənov, 11 dekabr 2011-ci il tarixdə saat 02.55 radələrində “Orient-5” gəmisi vasitəsilə isə Məhərrəm Hüseynov və Elman Əhmədov xilas ediliblər.

Xilas edilmiş balıqçılar Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil veriliblər, hazırda onların sağlamlıq vəziyyəti qənaətbəxşdir.

Dövlət Dəniz Administrasiyası tərəfindən Azərbaycan vətəndaşlarının xilas edilməsi istiqamətində göstərilmiş köməkliyə görə Rusiya Federasiyası Həştərxan Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə və xilasetmə əməliyyatını birbaşa həyata keçirmiş gəmi heyət üzvlərinə təşəkkür ünvanlanıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
20:20 04.11.2026
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
20:16 04.11.2026
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
20:12 04.11.2026
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
20:07 04.11.2026
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
20:02 04.11.2026
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:00 04.11.2026
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib