Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
İQTİSADİYYAT
16:41 03.11.2026
254

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən "Bank of Baku” növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib.

Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbdə təşkil etdiyi tədbirdə 100-ə yaxın şagird iştirak edib. İki mərhələdən ibarət olan tədbirdə ilk olaraq məktəblilərə maliyyə savadlılığı mövzusunda təlim keçirilib.

Bankın KOB Bankçılıq departamentinin direktor müavini İsmayıl Məmmədov tərəfindən məktəblilərə pulun yaranma tarixi, ondan səmərəli istifadə yolları, gəlir və xərc planının qurulması, istək və ehtiyaclar arasındakı fərq, əsas maliyyə anlayışları, eləcə də nağdsız ödənişlər zamanı təhlükəsizlik qaydaları barədə məlumat verilib.

İkinci mərhələdə isə Şirvan şəhərinin 4 məktəbini təmsil edən ümumilikdə 25 şagird komandalar şəklində maliyyə savadlılığı mövzusundakı intellektual yarışda iştirak ediblər. Yarışın sonunda bank tərəfindən qaliblər, eləcə də bütün yarış iştirakçıları hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar.

Tədbir çərçivəsində 10 nömrəli məktəbin kitabxanasına ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan "Bank of Baku”nun Azərbaycan Banklar Assosiasiyası, AzFina və VISA ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi "Ömərin ödəniş kartı ilə tanışlığı” kitabça da hədiyyə edilib. Nəşrin məqsədi uşaqların ödəniş kartları və maliyyə anlayışları ilə erkən yaşlardan tanışlığına dəstək olmaqdır.

Qeyd edək ki, "Bank of Baku” maliyyə savadlılığı ilə əlaqədar uşaqlarla yanaşı, yaşlı insanlar, sahibkar qadınlar üçün də təlimlər həyata keçirib. Bank maliyyə savadlılığını sosial məsuliyyət fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir.

Daha ətraflı: 145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku


 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
19:09 03.11.2026
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
19:09 03.11.2026
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
18:56 03.11.2026
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib
18:42 03.11.2026
Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
18:32 03.11.2026
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Pakistanda hücum zamanı iki polis öldürülüb
18:16 03.11.2026
Pakistanda hücum zamanı iki polis öldürülüb
Tramp İsrailə hərbi yardımı dayandıracaq
17:58 03.11.2026
Tramp İsrailə hərbi yardımı dayandıracaq
İham Əliyev İliyana Yotovanı təbrik etdi
17:42 03.11.2026
İham Əliyev İliyana Yotovanı təbrik etdi
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
17:31 03.11.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
17:15 03.11.2026
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
16:57 03.11.2026
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
16:47 03.11.2026
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
16:45 03.11.2026
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
16:43 03.11.2026
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
16:41 03.11.2026
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
16:31 03.11.2026
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”