Bank Respublika pandemiyanın öhdəsindən gələrək dinamik inkişaf etməyə davam edib

Bank Respublika pandemiyanın öhdəsindən gələrək dinamik inkişaf etməyə davam edib
İQTİSADİYYAT
11:13 28.07.2020
1198
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2020-ci ilin birinci yarımilliyinə dair maliyyə göstəricilərini açıqlayıb.
 
AZXEBERCOM xəbər verir ki, hesabata əsasən, COVİD-19 pandemiyasından yaranan çətinlilkərə baxmayarq, Bank cari ilin birinci yarımilliyində dinamik inkişaf etməyə davam edib və ötən ilin analoji dövrü ilə müqayisədə artım nümayiş etdirib.

İkinci rübün nəticələrinə əsasən Bankın xalis mənfəəti artaraq 4,5 mln. manat təşkil edib. Ötən ilin birinci yarımilliyi ilə müqayisədə bankın xalis faiz gəlirləri 21% artaraq 38,3 mln. manat təşkil etmişdir. Hesabata əsasən, Bankın məcmu kapitalı 19% artaraq 83,9 mln. manat olmuş və minimum məcmu kapital normasını (50 mln. manat) 68% üstələmişdir. Bankın depozit portfeli 678,5 mln.manat təşkil etmişdir, bu isə ölkə bankları arasında depozit portfelinin həcminə görə ən böyük göstəricilərindən biridir. Şübhəsiz ki, bu, növbəti dəfə böyük sayda müştərinin Bank Respublikaya tam olaraq etibar etdiyini təsdiq edir.

COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Bank real sektorun kreditləşməsini davam etdirərək ilin birinci yarısında 125 mln. manat məbləğində kredit vermişdir. Hesabat dövrünün sonuna Bankın ani likvidlik əmsalı 71,9% təşkil edib, bu isə normadan təxminən 2,4 dəfə artıqdır.

Yüksək likvidlik və dollarla kreditə tələbin olmamasını nəzərə alaraq, Bank faiz xərclərini optimallaşdırmaq üçün valyuta öhdəliklərini azaltmışdır. İlin birinci yarısının sonunda likvid aktivlər bankın cəmi aktivlərinin 34% -ni təşkil etmişdir. Bu hal Bankın yüksək maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə malik olmasına dəlalət edir.

Bundan başqa, I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,0%, məcmu kapitalın adekvatlıq əmsalı isə 14,7% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2 dəfə və 1,4 dəfə çoxdur.

"Birinci yarımillikdəki müsbət maliyyə nəticələri onu göstərir ki, bütün dünyanın COVİD-19 pandemiyası və neft qiymətlərinin sürətlə düşməsindən irəli gələn təhdidlərlə üz-üzə gəldiyi çətin dövrdə, Bank Respublika, çağırışların öhdəsindən gələrək, müştərilərinə və tərəfdaşlarına vaxtında və keyfiyyətli dəstək göstərir. Bizim üçün prioritet məsələ əməkdaşlarımızın, müştərilərimizin və tərəfdaşlarımızın sağlamlığıdır, biz bunun təmin edilməsi üçün bütün tədbirləri görürük. Bank tərəfindən həyata keçirilən texnoloji transformasiya strateqiyası, nəinki bank məhsullarının satışını yeni mərhələyə keçməsinə, həmçinin pandemiya şəraitində əməkdaşların müştərilərlə qarşılıqlı əlaqədə olaraq məsafədən işləməsini təmin etmişdir. Biz Bank üçün komfort səviyyədə olan kifayət qədər kapital ehtiyatına və likvidliyə malik olaraq, həm korporativ, həm də fərdi müştərilər üçün yüksək keyfiyyətli xidmət göstərərək işləməyə davam edirik”. deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
09:04 15.09.2025
Sabirabad sakini həmkəndlisini qətlə yetirib